Dünyanın ən böyük hava gəmisi qəzaya uğradı - FOTOLAR

  • By admin
  • 18 Noyabr 2017 19:50

Dünyanın ən böyük hava gəmisi Böyük Britaniyada qəzaya uğrayıb. 

Gununsesi.info xəbər verir ki, hadisə Bedfordşir qraflığında baş verib.

20 tonluq “Airlander 10” açıq sahədə yerə düşüb.

Təyyarə ilə dirijablın hibridi olan sözügedən uçuş aparatının uzunluğu 92 metr təşkil edir.

Bildirilir ki, öncədən “Airlander 10” ABŞ ordusu üçün yaradılsa da, maliyyə çatışmazlığı ucbatından layihəni tamamlamaq mümkün olmayıb. “Airlander 10” 2016-cı ilin yay aylarında istismara verilib.

Gununsesi.info