Dünyanın ən böyük səhrasına qar yağdı

  • By admin
  • 08 Yanvar 2018 23:00


Əlcəzairin Ayn-Sefa şəhərinin sakinləri qeyri-adi təbiət hadisəsinin şahidi olublar – dünyanın Afrikanın şimalında yerləşən ikinci ən böyük səhrası olan Böyük Səhraya ikinci il ardarda qar yağıb.

Gununsesi.info-nun məlumatına görə, bəzi yerlərdə qarın hündürlüyü 40 santimetrə çatıb. Bununla yanaşı günün sonunda qar əriməyə başlayıb.

Qışda Əlcəzairin bu şəhərində temperatur 0 dərəcəyə düşür və ötən il yerli sakinlər artıq qar görməyə macal tapıblar. Ondan əvvəl isə bu yerlərə qar 1979-cü ildə yağıb.

Gununsesi.info