Dünyanın ən gözəl 25 meqa layihəsi - SİYAHI - FOTOLAR

  • By admin
  • 07 Noyabr 2016 13:11

meqa

Gununsesi.info xarici mətbuata istinadən, dünyanın ən möhtəşəm 25 layihəsini təqdim edir:

Panama kanalı 1914-cü ildən fəaliyyət göstərən və 77 km uzunluğunda olan gəmi keçididir. Lakin zamanla gəmilərin ölçüsü böyüdüyü üçün kanalın bəzi hissələrində genişlənməyə ehtiyac var. Kanalın 6 km ərazisini əhatə edən və 4,4 milyon kvadrat metr betondan istifadə olunması nəzərdə tutulan layihənin bitmə tarixi təxminən bu ilin sonlarına planlaşdırılır.

2012-ci ildə istifadəyə verilən 2 km uzunluğunda olan körpü Qərbi Amerikanın ən uzun 2-ci körpüsüdür. Körpünü düz saxlamaq üçün 288 dəmirdən istifadə olunub.

Çinin Yanqtze gölü üzərində qurulmuş 32 nəhəng turbini ilə elektrik enerjisi istehsal edən anbar 180 m hündürlüyə, 40 m enə və 2,3 m uzunluğa sahibdir.

Nyu-Yorkda 11 sentyabr hadisələri zamanı çökən əkiz qüllələrin yerində tikilmiş göydələn 541 m hündürlüyü ilə Amerikanın ən uca binasıdır. Qüllə dəmir-beton struktura malikdir.

2012-ci ildən istifadəyə verilən Çindəki Aizhai asma körpüsü dünyanın ən hündürlükdə yerləşən körpüsü olmaqla yanaşı, həm də ən uzunlarındandır. Dehanq vadisinə açılan iki tuneli birləşdirən körpü yerdən 366 m hündürlükdə yerləşir və 1,2 km uzunluğa sahibdir.

2013-cü ildən fəaliyyət göstərən və 76 km uzunluğunda olan Türkiyənin Marmaray dəmir yolu layihəsi İstanbul Boğazını da sualtı tunel ilə keçərək İstanbulun Avropa və Asiyanı hissəsini birləşdirir.

Parisin cənubunda tikilməsi nəzərdə tutulan 82 min nəfərlik FFR Grand Stadionu açılıb-bağlana bilən dam örtüyünə və portativ sahəyə sahib olacaq.

Səudiyyə Ərəbistanının şərqində tikintisi 1970-ci ildən planlaşdırılan Cubail sənaye şəhərinin salınması 4 bölgədən ibarət olan 20 kvadrat kilometrlik ərazidə nəzərdə tutulub.

Çində 2013-cü ildə açılan Luiçonq adlı asma körpü 537 m uzunluğundadır. Eyniadlı gölün üzərində qurulmuş körpü 335 m hündürlüyü ilə dünyanın ən hündür 2-ci körpüsüdür.

Dünyanın ilk metro şəbəkəsi olan London metrosu 1863-cü ildən fəaliyyət göstərir və daim inkişafdadır. 8 tunel açma texnikasının çalışdığı London Metrosunun İnkişaf layihəsi ilə şəbəkəyə 42 km dəmir yolu və 10 yeni stansiya əlavə olunacaq.

Hindistanda 74 km yüksəldilmiş dəmiryolu ehtiva edən nazik relsli Hiderabad metro layihəsi ilə  bu ərazinin bütünlüklə modernləşdirilməsi nəzərdə tutulub. Layihədə hər kilometrdən bir stansiyalar qurulacaq və hər stansiyada 3-5 dəqiqə intervalla qatar gələcək.

Honq-Konq və Çini birləşdirəcək olan Zuhai-Makao körpüsü 6,5 kilometrlik hissəsi tuneldən ibarət olan 26 kilometrlik inanılmaz körpü-tunel layihəsidir. Layihə çərçivəsində bağlantı üçün 2 süni ada qurulacaq.

Çinin Sonqijanq oteli layihəsi 19 mərtəbəli 100 metrlik tikili olacaq. Otelin 2 mərtəbəsi isə suyun altında yerləşəcək.

3 kilometrdən artıq uzunluğu olan Rusiyanın cənub-qərbində yerləşən körpü fəaliyyət göstərdiyi 2012-ci ildən dünyanın ən uzun asma körpüsüdür.  Körpünün üzərində təxminən 300 metrə yaxın hündürlüyü olan 2 qüllə yerləşir.

Etihad Dəmiryolu layihəsi tamamlananda Ərəb Əmirliklərində nəqliyyatı sürətləndirən və asanlaşdıran bir xətt olacaq. 1200 km uzunluğunda olan dəmiryolu Səudiyyə Ərəbistanı,  Qətər,  Ümman,  Bəhreyn və Küveyti birləşdirəcək.

Əl-Məqtum Beynəlxalq Hava limanının açılışı 2010-cu ildə olsa da, bu məkanın genişləndirilməsi nəzərdə tutulub. Planlaşdırılan layihə 54 kvadrat kilometrlik bir ərazini əhatə edəcək.

Pekin Daksinq Beynəlxalq Hava limanı 696 min kvadrat kilometrlik nəhəng ərazisi ilə dünyanın ən böyük terminalı olacaq. 100 milyon nəfərlik insan tutumuna malik hava limanının ilk hissəsi 2018, bütün ərazisi isə 2025-ci ildə hazır olacaq.

Berta tunel qazan hazırda 2013-cü ildə qazdığı tunellerdən birinin içərisində sıxışıb qalsa da, dünyanın ən böyük tunel qazan aparatıdır. Ağırlığı 7000 ton, uzunluğu 100 m olan bu maşın üzərində yenidən istifadəyə verilmək üçün təmir işləri aparılır.

Çində tikilən New Century Global Centre (Yeni Əsr Qlobal Mərkəz) adlı bina 1,66 kvadrat kilometrlik nəhəng ərazisi ilə mağazalar, teatrlar, ofislər və hətta su parkından ibarət olacaq.

2017-ci ildə açılması planlaşdırılan Atlanta Falkons Stadionu açılıb – bağlana bilən fərqli dam örtüyünə malik olacaq. Dam örtüyünün fərqi ondadır ki, o, fotoaparat linzası şəklində cəmi 8 dəqiqə ərzində açılıb – bağlanacaq və 8 qanaddan ibarət olacaq.

Çində tikilən Şanqay Tower dünyanın ən hündür 2-ci binasıdır. Binanın yüksək mərtəbələrinin küləyin təsirindən qorumaq üçün nəhəng tanklardan istifadə olunacaq. Binada otel, ofislər, ictimai məkanlar və möhtəşəm mənzərələr yer alacaq.

ABŞ-da San-Fransisko körfəzində yerləşən 624 metrlik asma körpü dünyanın ən enli körpüsüdür. Körpü 160 metrlik yeganə qüllədən uzanan 2 sıra 80 santimetrlik kabellər ilə dəstəklənib.

2016-cı ildə başa çatdırılması nəzərdə tutulan ABŞ-da yerləşən Rout 520 adlı üzən körpü 2,35 km uzunluğu ilə dünyanın ən uzun üzən körpüsü olacaq.

2012-ci ildən istifadəyə verilən 634 m hündürlüyündə olan Yaponiyadakı Skytree adlı qüllə dünyanın ən hündür dəstəksiz qülləsidir. Qüllə 6 televiziya ötürmə antenasına və Tokioya açılan ictimai müşahidə məkanına malikdir.

18,8 kilometrlik yeni dəmiryolu və 5 stansiyaya malik olan və ilk hissəsi 2014-cü ildə istifadəyə verilən ABŞ-dakı Gümüş Xətt layihəsinin digər hissələrinin tikintisi hələ də davam etməkdədir. Tikilən hissə 18,3 kilometrlik dəmiryolu və 6 stansiyadan ibarət olacaq. Vaşinqtonun mərkəzini hava limanına birləşdirən bu layihə dünyanın ən qarışıq metro şəbəkəsi kimi tanınır.

heder

tokyo-skytree-lights

sanqay

din11 din12 din13 din14 din15 din16 din17 din18 din19 din20 din21 din22 din23 din24 dun dun1 dun2 dun3 dun4 dun5 dun6 dun7 dun8 dun9 dun10

Gününsesi.info