Dünyanın ən gözəl qızının çimərlik görüntüləri yayıldı - FOTOLAR

  • By admin
  • 05 Dekabr 2019 16:16

Jurnalistlər amerikalı supermodel Bella Hadid və rəfiqəsini Mayamidə çimərlikdə istirahət zamanı çəkiblər.

Gununsesi.org xəbər verir ki, fotoları “Daily Mail” yayımlayıb.

Kadrlarda dünyanın ən ideal görünüşlü qadını kimi tanınan 23 yaşlı Hadidin rəfiqəsi ilə birlikdə günəşlənməsi və hidrosikldə əylənməsi görünür.

Nəşr bildirir ki, qızlar Floridaya “Art-Bazel” bədii yarmarkasına gediblər.

Qeyd edək ki, oktyabr ayında Bella Hadid dünyanın ən gözəl qızı seçilib. Londonda kosmetik və plastik cərrahiyyə mərkəzinin rəhbəri, doktor Curian De Silva modelin üzünü “qızıl nisbət”lə götürəndə ideala 94,35 faiz yaxın olduğunu bildirib.