Dünyanın ən kiçik insanı kimi tanınan Haqendra Tapa Maqar vəfat edib

  • By admin
  • 17 Yanvar 2020 22:54

Nepal sakini, dünyada ən kiçik insan kimi tanınan Haqendra Tapa Maqar vəfat edib.

Bu barədə Gununsesi.org Ginnesin “Rekordlar” kitabının saytına istinadən xəbər verir.

Qeyd edilir ki, o, bu gün dünyasını dəyişib. Haqendra Tapa Maqarın 28 yaşında dünyasını dəyişdiyi bildirilir.

Onun boyu 67,08 santimetr idi. Məlumata görə, son zamanlar Haqendranın ürəyində problemlər yaranıb. Bundan başqa, o, astma və pnevmoniya xəstəliklərindən əziyyət çəkirdi.

 

Gununsesi.org