Dünyanın ən varlı adamının adı açıqlandı - 105 MİLYARD DOLLARLIQ SƏRVƏT

  • By admin
  • 09 Yanvar 2018 22:46

Dünyanın ən varlı adamlarının yeni siyahısı təqdim edilib.

Gununsesi.info xəbər verir ki, builki siyahıya “Amazon.com” şirkətinin qurucusu Jef Bezos başçılıq edir.

Bildirilir ki, Jef Bezosun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edib.

Siyahıda ikinci yerdə 93,3 milyard dollarlıq sərvətlə “Mircosoft” prezidenti Bil Qeyts, üçüncü yerdə isə 87,2 milyard dollara sahib olan amerikalı investor Uorren Bafet qərarlaşıb.

Ən zənginlərin siyahısında “Facebook” təsisçisi Mark Zukerberq də var. 4-cü yerdə qərarlaşan M.Zukerberqin sərvəti 77,5 milyard dollara çatıb.

Gununsesi.info