Dünyanın məşhur kilsəsi yanır- "NOTRE DAME" ALOV İÇİNDƏ - VİDEO

Dünyanın məşhur kilsəsi yanır

 

Parisin Notr Dam Kilsəsi yanır.

Gununsesi.org  “Frans Press”ə istinadən xəbər verir ki, yanğının səbəbləri açıqlanmasa da, binada restavrasiya işlərinin aparıldığı bildirilib. Alov kilsənin tavanından və pəncərələrindən qalxır. Yanğına ilk reaksiya verən şəxs isə ABŞ prezidenti Donald Tramp olub.

O, “Notr Damın yanmasına baxmaq dəhşətdir. Yanğınsöndürən helikopterlərdən istifadə olunmalıdır. Cəld tərpənmək lazımdır”, – deyə bildirib.

“Anadolu” agentliyinin məlumatına görə, yanğın səbəbindən kilsənin qülləsi uçub.

Hadisədən sonra Fransa prezidenti Emmanuel Makron bir neçə aydır aksiya keçirən “Sarı jiletlilər”in gözləntiləri ilə bağlı keçirəcəyi mətbuat konfransını ləğv edib.


Gununsesi.org

COMMENTS