Ebola virusunun peyvəndi tapıldı

  • By admin
  • 13 Noyabr 2019 21:03

Ümumdünya Səhiyyə Təşkilatı nəhayət ki, ilk dəfə olaraq Ebola peyvəndini təsdiqləyib. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Ebola virusu ucbatından hər il Afrikada minlərlə insan dünyasını dəyişir.

Gununsesi.org xəbər verir ki, ÜST-ün açıqlamasına görə, ABŞ dərman şirkəti olan Merck tərəfindən hazırlanan Ervebo adlı ebola peyvəndi ÜST-nin keyfiyyəti, təhlükəsizliyi və fayda standartlarına cavab verir.

Bu günə qədər ÜST tərəfindən ən sürətli əvvəlcədən seçmə prosesi keçirən dünyanın ilk tanınmış peyvəndi Ervebonun 2020-ci ilin ortalarında təqdim ediləcəyi gözlənilir.

Həftənin əvvəlində Avropa Komissiyası tərəfindən təsdiqlənmiş peyvənd, 2000-dən çox insanın virus səbəbi ilə həyatını itirdiyi Konqo Demokratik Respublikasında uzun müddət sınaqdan keçirilib.

Qeyd edək ki, ebola virusu ilk dəfə 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılmağa başlayıb.

2014-2017-ci illərdə Qvineya, Liberiya və Sierra Leone-da baş verən hadisədə 30.000 insan bu virusa yoluxub,  və 11 mindən çox insan dünyasını dəyişib.

 

Gununsesi.org