Ebru Gündeş Rza Zərrabla barışdı - Boşanma qərarından vaz keçdi

  • By admin
  • 23 Dekabr 2016 11:10

rza

 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da həbsdə olan azəri əsilli iş adamı Rza Zərrabdan boşanmaq istəyən Ebru Gündeş fikrini dəyişib.

Buna səbəb cütlüyün bir müddət əvvəl barışmasıdır. Rza Zərrab martda ABŞ-da həbs olunmuş, sentyabr ayında isə Ebru Gündeş yazılı açıqlamasında ondan boşanmaq istədiyini bildirmişdi. Lakin tərəflərin heç biri məhkəməyə rəsmi şəkildə müraciət etməmişdi. Rza Zərrabla 3 ay əlaqə saxlamayan müğənni bir müddət əvvəl onunla telefonla zəng edib. Nəticədə cütlük yenidən bir araya gəlib. Onu da qeyd edək ki, bu barışıq bir neçə ay əvvəl Ebru Gündeşin futbolçu Ufuk Ceylan ilə eşq yaşadığı barədə iddiaların əsassız olduğunu göstərir.

ebru
Müğənni həyat yoldaşının Qanlıcadakı villasından Beykozdakı evinə köçmək planından da vaz keçib.

Nigar Cəfərli

Gununsesi.info