Ed Şiranın klipi sutkada 2 mln baxış topladı - VİDEO

  • By admin
  • 25 Avqust 2019 13:28

Britaniyalı müğənni Ed Şiran və hip-hop ifaçısı Stromzinin  (Stromzy)  “Take Me Back To London” mahnısına çəkilmiş yeni klip “YouTube”da bir sutka ərzində iki milyondan artıq baxış toplayıb.

Klipin özünün çəkilişində reper Ser Spayro (Sir Spyro), aktyor Ceyki (Jaykae), müğənni Eiç (Aitch) və digər artistlər iştirak ediblər.

Mahnı musiqiçinin “No.6 Collaborations Project” adlı sonuncu albomuna daxildir.

Gununsesi.org