Efiri yarımçıq qoyub studiyanı tərk etdilər - ÜLVİRANIN TELEVİZİYASINDA NƏ BAŞ VERİR?

  • By admin
  • 16 Dekabr 2018 22:04

Azərbaycanda televiziyanın işçiləri efiri yarımçıq qoyub studiyanı tərk ediblər.

Gununsesi.org-un A24.az-a istinadən əldə etdiyi məlumata görə, hadisə yerli internet telekanallardan biri olan “CVN” (CAVAN) televiziyasında baş verib. Kanalın əməkdaşı Fəridə Abdulla qeyd edib ki, 14 dekabr tarixində CVN (Cavan) televiziyasının 8 əməkdaşı (3 aparıcı, 5 müxbir) efiri yarımçıq qoyaraq, işini tərk edib. O, buna səbəb kimi baş produser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltmasını göstərib. O, həmçinin bildirib ki, oxşar səbəblərə görə bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib.