Ehsan əvəzinə yol çəkdirdi

  • By admin
  • 26 İyun 2019 10:19

Bu günlərdə Şəmkirin Dəllər Cəyir kəndində çox mütərəqqi bir addım atılıb.

Gununsesi.org xəbər verir ki, vəfat edən Məmmədov Zöhrab Yaqub oğlunun yaxınları mərhumun ehsanına kənd sakinləri üçün xeyriyyə işləri həyata keçiriblər.

Onlar ehsan süfrəsi açmaqdansa, üç küçənin yolunu təmir ediblər. Bu da kənd sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb.

Gunay

Gununsesi.org