Ekologiya Nazirliyinin əməkdaşından narkotik və silah aşkar olundu - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 08 İyun 2016 12:30

Balaken goruntusaf

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşından küllü miqdarda narkotik və silah götürülüb. Gununsesi.info xəbər verir ki, Balakən rayon Polis Şöbəsindən  verilən məlumata görə, polisə ETSN-nin Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayında narkotik tərkibli bitkilərin aqrotexniki qaydada əkilməsi barədə məlumat daxil olub. Məlumat əsasında keçirilən tədbirlər nəticəsində dolayın ərazisindəki dörd müxtəlif sahədə küllü miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə ərazidən hündürlüyü 12 sm-dən 39 sm-ə qədər olmaqla, ümumi sayı 781 ədəd çətənə kolları yığılıb, həmçinin ərzidə satış məqsədi üçün qurudularaq hazırlanmış 25 kq 178 qram  marixuana götürülüb. Məlum olub ki, çətənə kollarını rayonun Mahamalar kənd sakini, 45 yaşlıb Arif Saxrayev və onun həmkəndlisi, 53 yaşlı Seyfəddin  Həmzətov əkib. Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib.Arif  Fəxrayevin yaşadığı evin hamamından 277 qram qurudulmuş marixuana, yaşadığı evdən isə sənədsiz nömrəsi A 16505 olan 32 çaplı ov tüfəngi və 4 ədəd patron götürülüb. Məlumatda həmçinin bildirilir ki, saxlanılan Arif Saxrayev ETSN-nin Balakən  Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi vəzifəsində çalışır. Balakən rayon məhkəməsinin tərəfindən Arif Saxrayev və Seyfəddin  Həmzətov barəsində  4 ay  həbs qətimkan qərarı çıxarılıb. Faktla bağlı CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Gununsesi.info

 

Balaken goruntu h

 

Balaken goruntu

 

Balaken goruntuasdt

 

Balaken goruntuasr

 

Balaken goruntusadrf

Balaken goruntusAr