“Eksperimental”nidə qətl-Xəstəxnaya gəlib arvadını öldürdü

“Eksperimental”nidə qətl

Akademik M.A Topçubaşov adına Elmi Cərarahiyyə Mərkəzində bıçaqlanma hadisəsi olub.

Gununsesi.org-un xəbərinə görə, adıçəkilən tibb müəssisəsində qəbul şöbəsində çalışan xanım əməkdaşlardan biri həyat yoldaşı tərəfindən öldürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, xəstəxanaya gələn qadının həyat yoldaşı ona yaxınlaşaraq, boğazını kəsib.

Qadının ölmədiyini görən kişi sonra daha bir bıçaq ürək nahiyyəsindən vurub.

Ətrafdakı insanların müdaxiləsi nəticəsində qatil tutularaq, polisə təhvil verilib.

Qətlin səbəbləri bilinmir.

COMMENTS