“Elə bil dədələrinin pulunu yeyirəm” - RÖYA QƏZƏBLƏNDİ

  • By admin
  • 29 Yanvar 2019 10:50

Əməkdar artist Röya Ayxan bahalı zinət əşyalarından, brend geyimlərindən danışıb.  “Qafqazinfo” xəbər verir ki, müğənni “Show News”a açıqlamasında sosial şəbəkələrdə onu bu mövzuda tənqid edənlərə cavab verib: 

 “Sevmədiyim bir şey var. Elə bil dədələrinin pulunu yeyirəm. Qazancımın yarısını özümə xərcləyirəm. Həm geyimlərimə, həm kliplərimə pul xərcləyirəm. Brendin adını yazmadan məlumat yerləşdirirlər, hər şeyi şişirdirlər. Deyirlər ki, taxdığım zinət əşyası bir otaqlı evin dəyərindədir. Bir otaqlı yox, iki otaqlı evə bərabərdir”.