Elçibəyin xanımı Kələkidə dəfn ediləcək - İLHAM ƏLİYEV XÜSUSİ TƏYYARƏ AYIRDI

  • By admin
  • 15 İyun 2019 09:38

Əbülfəz Elçibəyin dünən Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.

Gununsesi.org  xəbər verir ki, cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.

Oğlu Ərturqut Əliyevin sözlərinə görə, anası doğma kəndi Kələkidə dəfn olunmağı vəsiyyət edib.

Bəzi məlumatlara görə, Həlimə Əliyevanın cənazəsini Naxçıvana aparmaq üçün prezident İlham Əliyev xüsusi təyyarə ayırıb.