Elçin Əlibəylinin xanımı: “Uşaqlıqdan qaydasız döyüşləri çox sevmişəm” – VİDEO

  • By admin
  • 20 Noyabr 2019 12:14

Dünən tanınmış teleaparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi xəbəri yerli medianın gündəmini zəbt etdi. Bu hadisədən sonra çox insanlar 26 yaşlı Dilyanın 41 yaşlı ərini döyməsinə inanmaq istəmədi. Hər kəsin beynində ilk olaraq belə bir sual yarandı: Arıq, zərif bir xanım kök və cüssəli kişini necə döyə bilər?

Gununsesi.org BAKU.WS-ə istinadən xəbər verir ki, “Sağlam vücudda saglam beyin olur” şüarı ilə yaşayan Dilrubə Vaqifzadə mütəmadi şəkildə idmanla məşğul olur.

O, sosial şəbəkədə idmanla məşğul olarkən görüntülərini və fikirlərini paylaşıb:

 

 

“İdman vərdişə çevrilməlidir. Əgər fasilə versəniz, bu sizin əhvalınıza belə mənfi təsir edəcək. İdmanı arıqlamaq üçün yox, sağlamlıq üçün etməlisiniz. Sağlam vücudda saglam beyin olur. Çox şablon çixsa da bu həqiqətdir.
Mən hər ay idman zalına getmirəm. Daha çox üstünlüyü joggingə verirəm. Çünki bədən quruluşum dərhal əzələ yığmaga hazırdır. Yay ərzində joggingə üzməyi də əlavə edirəm. Fərqi yoxdur, hansı idman növü ilə məşğul olursunuz, yetər ki, sağlam şəkildə edin.

Plates və yoqa nədənsə məni cəlb etmir. Bəlkə də xarakterimlə əlaqəlidir. Uşaqlıqdan qaydasız döyüşləri çox sevmişəm. Trampı da bəyənmə səbəbim budur”.

 

 

Xatırladaq ki, ilkin məlumatlarda cütlük arasında münaqişənin uşaq səbəbindən baş verdiyi bildirilib. D.Vaqifzadə övladı ilə birlikdə ölkədən çıxmaq üçün etibarnamə istəyib. Ancaq aparıcı buna qarşı çıxıb. Buna görə tərəflər arasında münaqişə baş verib.

1978-ci il təvəllüdlü E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Teleaparıcı faktın dezinformasiya olduğunu bildirərək, bununla bağlı məlumat yayan KİV-i məhkəməyə verəcəyini deyib.

 

 

https://www.instagram.com/_dilya_/?hl=ru

 

 

Gununsesi.org