Elçin Şıxlı: “Aldığım 300 milyonu kisələrə yığıb xaricə yolladım…” (VIDEO)

  • By admin
  • 20 Noyabr 2019 11:47
İctimai televiziyada yayımlanan 3D verlişinin budəfəki qonağı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı olub.
Gununsesi.org xəbər verir ki, verlişdə medianın bugünkü durumuna və bir sıra maraqlı məqamlara toxunulub.
Dadaşlinskinin reket jurnalistika ilə bağlı, “Tanıdıqlarınız arasında “reket jurnalist” varmı?” sualını Elçin Şıxlı bu cür cavablandırıb:
“Bəli, ancaq mən onların reket olduğunu sonradan bilmişəm. Ümumiyyətlə, “reket jurnalist” deyilən bir məfhum yoxdur. Sadəcə, rüşvətxor məmur və rüşvətxor jurnalist var”.
Aparıcının “sizi 300 milyon vəsaitin mənimsənilməsində ittiham edirlər. Bu pulları hansı dostunuzun bağında saxlayırsız?” sualına Elçin Şıxlı kinayə ilə cavab verib:
“O, bağda deyil, onu kisələrə yığıb “Kamaz”larla ölkədən çıxartmışıq. Onun yerini deyə bilmərəm, yoxsa arxasınca qaçmaq istəyən çox olacaq”.
Sözügedən müsahibə ilə bağlı maraqlı görüntüləri izləyə bilərsiniz: