Eldəniz Quliyevin “imza günü” keçirildi - "İŞARTI"NIN TƏQDİMATI OLDU

  • By admin
  • 25 Mart 2019 22:33

Bu gün tanınmış yazıçı, kinodramaturq Eldəniz Quliyevin “İŞARTI” kitabının təqdimetmə mərasimi keçirilib.

Gununsesi.org-un xəbərinə görə, Azərbaycanın ictimai-siyasi elitasının, həmçinin ölkənin tanınmış ədəbiyyat adamlarının da qatıldığı tədbirdə Eldəni Quliyevin yaradıcılığından söz açılıb.

Bildirilib ki, müəllifin “İŞARTI” adlandırdığı kitabda povestlər, hekayələr, publisistika, satira və yumorlar yer alıb.

Mərasimdə çıxışedənlər Eldəniz Quliyevin yaradıcılığından söz açaraq, ona fəaliyyətində uğurlar arzu ediblər.

Gununsesi.org