Eldar Əzizovdan tələb: “Xərclənən vəsait barədə ictimaiyyətə məlumat verilsin”

  • By admin
  • 23 Yanvar 2020 15:06

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə 2020-ci ildə iş, forma və metodlarına, eləcə də fəaliyyətdə aşkarlığın daha da artılılması məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Gununsesi.org xəbər verir ki, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib.

 

İcra başçısı ölkə başçısı İlham Əliyevin rəhbər şəxslər qarşısında qoyduğu tələblərə toxunaraq deyib ki, hər bir rəhbər işçi öz fəaliyyətində təmiz əllər və şəffaflıqla çalışmalıdır.

 

Struktura daxil olan xidmətlərin fəaliyyətindən danışan Eldar Əzizov bildirib ki, hər bir qurum xüsusilə maliyyə məsələlərinə çox ciddi yanaşmalı, ayrılan vəsaitlərdən səmərəli istifadə olunmalı, görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır.

Gununsesi.org