Eldar Sabiroğlunun səhhəti pisləşdi - SABİQ DEPUTATI TÜRKİYƏYƏ APARDILAR

  • By admin
  • 24 Mart 2019 22:29

Milli Məclisin keçmiş deputatı, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun səhhətində ciddi problem yaranıb.

Gununsesi.org bildirir ki, bu barədə onun oğlu Rüfət Səfərov sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, həbsdə olduğu zaman başına gətirilən işgəncə xəbərlərindən atasının yeni xəbər tutması səhhətində ciddi fəsadlara səbəb olub: “Bəzi dostlar qaş düzəltdiyi yerdə vurub göz çıxarıblar. Atamı başıma gələnləri biləndən sonra bu vəziyyətə düşdü. İndi onu Türkiyəyə apardılar”.