Elektron kitabxanalarda audiokitabların sayında artım müşahidə olunur

  • By admin
  • 13 Dekabr 2017 08:10

Görmə məhdudiyyəti olan şəxslər üçün onlayn kitabxanada audiokitabların sayı iki dəfədən çox artırılıb.

Məlumata əsasən, bazadakı kitablar barədə “1541” telefon nömrəsi vasitəsilə məlumat almaq olar: “Hazırda onlayn audiokitabxanada 300 audiokitab var. Bu ilin əvvəlindən bazaya 206 kitab daxil edilib”.

Hazırda istifadəçilərin sayı 3,3 min nəfərə yaxındır, onlayn kitabxanaya daxil olan zənglərin sayı isə 45 mini ötüb.

Kitabxanada aşağıdakı janrlarda kitablar yer alır: şifahi xalq ədəbiyyatı, müasir ədəbiyyat, klassik ədəbiyyat, xarici ədəbiyyat, dini ədəbiyyat, uşaq ədəbiyyatı, tarixi ədəbiyyat, poeziya və nağıllar.

Onlayn audiokitabxanada kitabı sonuncu dəfə qalan yerdən dinləməyə başlamaq funksiyası mümkündür.

Gununsesi.info