Elm “süni insan” yaradılmasına hazırdır

  • By admin
  • 03 İyun 2016 22:52

suni-adam-300x169

“The İndependent” yazır ki, alimlərin beynəlxalq qrupu sintetik insan genomunun yaradılmasını nəzərdə tutan böyük layihə təklifi ilə çıxış edib.

Bu məsələ əvvəllər çox ciddi etik və hüquqi suallar doğurmuşdu. Buna baxmayaraq, dünyanın 25 aparıcı genetiki bəyan edib ki, İnsan Genomu Layihəsi (Human Genome Project – HGP) nə qədər ziddiyyətli görünsə də, indi tədqiqatların ən böyük sahəsinə çevrilib.

Alimlər bildirirlər ki, layihə bu günə qədər “HGP oxu” adlanırdısa, innən belə “HGP yaz” adlanmalıdır. Başqa sözlərlə alimlər bu günə qədər insan genomunu yalnız “oxuyurdularsa”, indi onu “yazmağı”, daha doğrusu yaratmağı düşünürlər. “The İndependent” yazır ki, bu layihənin icrası milyardlarla funt sterlinq vəsait tələb edə bilər.