Elman Rüstəmov inflyasiyadan danışdı

  • By admin
  • 26 İyul 2019 16:07

İlin sonuna kimi inflyasiyanın hədəf daxilində – 4±2% faiz həcmində qalacağı proqnozlaşdırılır. 

Gununsesi.org-un məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, yanvar-iyun aylarında malların ixracı 15 faiz, qeyri-neft ixracı 13 faizdən çox artıb:

“Neftin orta qiyməti ötən dövrdə 66 dolları üstələyib. Ölkənin strateji ehtiyatları 9,6 faiz, başqa sözlə, 4,3 milyard dollar artaraq 49 milyard dolları keçib”.

E.Rüstəmov bildirib ki, hazırda Azərbaycanda faktiki inflyasiya hədəfdən aşağıdır:

“İyun ayında aparılmış sorğu nəticəsində məlum olub ki, əhalinin cəmi 2,3%-i inflyasiya tempinin yüksələcəyini gözləyir. Bu, mart ayına nisbətən 10 faiz azdır”.

Gununsesi.org