Elmar Vəliyevi mən güllələməmişəm, Mingəçevir stansiyasını mən partlatmamışam -BAŞ REDAKTORUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR ÇIXILMAZ DURUMA DÜŞDÜ

  • By admin
  • 14 Fevral 2019 19:13

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ müharibəsi veteranı, “Bozqurd” batalyonunun keçmiş komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Gununsesi.org Teref.info-ya istinadən xəbər verir ki,  hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə N.İsmayılov özünü təqsirli bilmədiyini deyib.
Daha sonra o, sərbəst ifadə verib. Qeyd edib ki, rəhbəri olduğu saytda yayımlanan informasiyaların heç birində dövlətə qarşı çağırış olmayıb.
N.İsmayılov dindirilərkən vurğulayıb ki, Gəncə hadisələri və Mingəçevir Elektrik Stansiyasında baş verən partlayışla bağlı məlumatların böyük əksəriyyəti başqa saytlardan götürülüb.
Nurəddin Xoca:
Möhtərəm hakim vallah Elmar Vəliyevi mən güllələməmişəm, Mingəçevir stansiyasını mən partladmamışam. Mən özüm qurduğum dövlətə qarşı çağırış edə biılmərəm. Axı hardadıər çağırış. Bu yazıların harasındadır? Möhtəşəm və əzəmətli azərbaycan dilində hər bir sözün mənası var.” Çağırış” yəni dəvət etmə, harasa çağırmaq mənası verir.Bu yazıda kimi hara çağırıblar?
Hakim: Bu yazıları nə məqsədlə yazmısınız?
Nurəddin Xoca: Yenə deyirəm o yazıları mən yazmamışam. O yazıları istinadla başqa saytdan götürüb saytıma yerləşdirmişəm.
Hakim: Bəs siz istanadla yazıları yerləşdirəndə araşdırmırsınız?
Nurəddin Xoca: Xeyir. Mən AR CM-nin KİV haqqında qanunun 62 madd 3-cü bəndinin mənə verdiyi səlahiyyət səviyyəsində, yəni “əgər yazı mətbuatda gedib və təksib edilməyibsə o yazını istinadla yerləşdirən şəxsməsuliyytə daşımır.” Işləmişəm.
Hakim: Bəs niyə məqalələri saytınızda yerləşdirirsiniz?
Nurəddin Xoca: Mətbuatın işi ictimaiyytəi məlumatlandırmaqdır.Məndə məlumatlandırırdım.
Məhkəmədə şahid qismində Ülfan Dadaşov ifadə verən zaman söyləyib ki, təqsirləndirilən şəxsi tanımır. O bildirib ki, ötən ilin iyulunda evdə həyat yoldaşı ilə oturan zaman Teref.info saytında işıqların sönməsi və Gəncə hadisələri ilə bağlı yalan məlumatlar yer alıb: “Buna görə də öz iradımı bildirdim və həyat yoldaşımla şəhər prokurorluğuna şikayət ərizəsi verdik. Anam-atamı itirmiş, yetim adamam. Bu dövlət mənə baxıb, kimsəsizlər evində böyümüşəm. Mən istəmirəm ki, dövlətin əleyhinə kimsə informasiya yaysın”.
Vəkil Elçin Sadıqov deyib ki, U.Dadaşov məhkəmədə şahid kimi ifadə verən zaman “şahidin andı”nı oxuya bilmir. O, şahidə sual verərək saytdakı məlumatı necə oxuduğunu bildirib.
Ü.Dadaşov isə deyib ki, saytdakı xəbərləri həyat yoldaşının köməkliyi ilə oxuyub: “Həmin məlumatları xatırlamıram”.
“Savadım yoxdur, internat uşağıyam.”
Vəkil: Sizin yaxınlığınızda prokurorluq var, tanıyırsan?
Şahid: Var. Tanıyıram.
Vəkil: Polis var?
Şahid: var.
Vəkil: Nə səbəbdən şikayətini yaxınlığında olan poisə,prokurorluğa verməmisən.O boyda yolu gəlib Bakıda prokurorluğa şikayət etmisən.
Vəkilin o məqalələrdən 2 kəlmə söz de, sözlərinə Şahid deyə bilmərəm cavabı verdi.
Onuda qeyd edim ki, “ Belə məqalələrə tez tez rast gəlirdim Teref.info saytında” deyərək prokurorluqda ifadə verən Ulfan Dadaşov məhkəmədə cəmi 1 dəfə Teref.İnfo saytına girdiyini dedi.
Vəkil: Sən yekə həriflərlə yazılmış andı oxuya bilmirsən, bəs o saytda məqalələri necə oxumusan?
Şahid: Arvadım kömək edib.
Vəkil: Arvadın ali savadlıdır,
Şahid: Yox.
Nurəddin Xocanın əgər sayta girmisənsə saytın adı nədir sualına o Teref.info cavab Verdi.
Nurəddin Xoca : Əslində o saytı oxuyanlar bilir ki, saytın adı Teref. Qezeti-dir. Teref.info isə onun domen adıdır.
Elçin Sadıxov: Siz bloklanmış saytdan necə məqalə oxumusuz sualı isə cavabsəz qaldı.
Ü.Dadaşovun həyat yoldaşı Rəhilə Məmmədova də şahid qismində dindirilib. O da eyni məzmunlu ifadə verib. O, Teref.info saytında yayılan məlumatların yalan olduğunu deyib.
Vəkil Elçin Sadıxov:
Xanım nə yalandır?
Şahid: İşıqlar sönüb, partlayış olub.
Vəkil: Sizin işıqlar sönməmişdi?
Şahid: Sönmüşdü.
Vəkil: Partlayış olub?
Şahid: Olub.
Vəkil:Bəs nə yalandır? Şahid söz tapmır.
Vəkil: Siz necə Teref.info saytına girirsiniz?
Şahid Gooqlda dırnağ içində Teref.info yazıb girmişəm.
Vəkil: Niyə girmişdiniz?
Şahid: İş axtarırdım.
Vəkil: Bəyəm iş axtaranda o sayt çıxır.İş tapdınız? Orda heç omasa 1 iş elanı var idi?
Şahid: YOX.
Vəkil: axı sayt blokalnandan sonar necə sayta girmisiniz?
Şahid: Gooqlda..
Vəkil: Xanım siz orta məktəbi qurtarmısınıəz?
Şahid:
Yox 6-7 sinif oxumuşam ….
Vəkil: Həmin məqalələrdən 2 dalbadal gələn sözü deyə bilərsinizmi?
Şahid: Yox……
Nurəddin Xoca:
Xanım siz bəs 1 dəfə girməklə o iki məqaləni necə oxudunuz? Axı arasında 3 gün vaxt olan 2 məqaləni oxumaq üçün onu axtarışa vermək lazımdır….
Cavab yoxdur.
Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib.
İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.
Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Gununsesi.org