Elxan Şükürlü deputatlıq iddiasında

  • By admin
  • 09 Dekabr 2019 11:04

 

Tanınmış jurnalist, “Strateq” saytının baş redaktoru Elxan Şükürlü deputatlığa namizədliyini irəli sürəcək.

Bu barədə Gununsesi.org-a baş redaktorun özü məlumat verib.

O bildirib ki, Milli Məclisin üzvü olmağa iddialıdır:

“İnşallah, iştirak etmək niyyətində və əzmindəyəm! Həm də təkcə bir media təmsilçisi, keçmiş siyasətçi olaraq yox, haqq savaşına, Vətənin işğaldan azadlığına hazırlaşan bir Ordunun ehtiyatda səbrlə öz zamanını – hücum anını gözləyən zabiti kimi…

Biz düşmənlə yalnız cəbhə xəttində, səngərdə yox, hər yerdə, hər müstəvidə sonadək savaşmağı və öz haqlı mövqeyimizi ortaya qoymağı, sübuta yetirməyi bacarmalıyıq! Azərbaycanın yeni parlamentində təkcə bir dairə seçicilərinin deyil, həm də onun Silahlı Qüvvələrinin, qazilərinin, döyüşçü və şəhid ailələrinin maraqlarını qorumağı özünün şərəf işi, namus borcu bilən şəxslər niyə də olmasın ki?!”

Qeyd edək ki, Elxan Şükürlü bir neçə il əvvələ kimi Ədalət Partiyasının funksionerlərindən biri kimi aktiv siyasətlə məşğul olub.

Gununsesi.org