“Emin 444″ ün qətlinə görə həbs edilən dünya çempionundan xəbər var- ZAUR YUSİFOVUN 5 GÜN QANUNSUZ SAXLANILMASI MƏHKƏMƏ QƏRARI İLƏ ARAŞDIRLACAQ

“Emin 444″ ün qətlinə görə həbs edilən dünya çempionundan xəbər var

“Emin 444″ ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifovdan xəbər var.

Dünya çempionunun vəkili Ceyhun Yusifovun Gununsesi.org-a verdiyi açıqlamaya görə, Cinayət Məcəlləsinin 120.2.1 120.2.2 maddələri təqsirləndirilən Zaur Yusifovun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun Binəqədi rayon Polis İdarəsində qanunsuz olaraq 5 gün saxlanılması faktı ilə bağlı şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmə idmançı barəsində həbs qərarını dəyişməsə də lakin onun polisdə 5 gün qanunsuz saxlanılması faktına münasibət bildirib: “Məhkəmə həmin halın araşdırlması üçün 

qərar qəbul edərək Binəqdi rayon prokurorluğuna göndərib. Bununla sübut olundu ki,  Zaiur Yusifov qanunsuz olaraq 5 gün Binəqədi Polis İdarəsində saxlanılıb. Hesab edirəm ki, məhkəmənin bu qərarı gələcəkdə belə halların baş verməməsi üçün bir presedent oldu”.

Elmar Elnuroğlu

Gununsesi.org

COMMENTS