“Eriksen artıq istədiyi klubla danışıqlar apara və oraya transfer oluna bilər” – Mourinyo

  • By admin
  • 07 Yanvar 2020 18:07

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandadakı gələcəyi müzakirə olunan Kristian Eriksenlə bağlı açıqlama verib.

Gununsesi.org xəbər verir ki, portuqaliyalı mütəxəssis, 27 yaşlı futbolçunun gələcəyi ilə bağlı bunları deyib:

“Açığı, onun qış fasiləsində satılacağına inanmıram. Vəziyyət məlumdur, Eriksen artıq istədiyi klubla danışıqlar apara və mövsümün sonunda oraya transfer oluna bilər. Bu, ilk ehtimaldır.

Digər seçim həm futbolçunun, həm də hansısa klubun yanvar ayında razılıq əldə etmək istəməsidir. Bu halda hər şey klubumuzdan asılı olacaq. Son ehtimal isə onun komandada qalmasıdır. Hazırda Eriksen burdadır və bizim futbolçumuzdur”.

Danimarkalı futbolçu ilə “Real”, “İnter”, “Yuventus” və “Mançester Yunayted”in maraqlandığı deyilir.

Gununsesi.org