Ermənilərə qarşı buraxdığımız səhvləri təkrar etməməliyik- Sərhəd pozucuları həbs olunmalıdır / QÜDRƏT HƏSƏNQULİYEV

Ermənilərə qarşı buraxdığımız səhvləri təkrar etməməliyik

“Düşünürəm növbəti belə təxribat olarsa sərhəd pozucuları həbs olunmalı, barələrində cinayət işi başlanmalıdır. Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik”.

Gununsesi.org-un məlumatına görə, Gürcüstanla sərhəddə yaşanmış bugünkü insidentə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev belə deyib. Partiya sədri moderator.az-a açıqlamasında bu barədə danışıb.

Q.Həsənquliyev qeyd edib ki, bizim səbrli davranışımız zəiflik kimi qiymətləndirilir. “Cəsarətli mövqe ortaya qoya bilməsək, gələcəkdə daha böyük problemlərlə üzləşəcəyik. Ermənilər azərbaycanlıları qovanda biz qardaşlıqdan danışırdıq. Ağıllılar başqalarının, sadə insanlar öz səhvlərindən nəticə çıxarırlar. Böyük gücləri bəhanə edib qorxaqlıq etməməli, sərt tədbirlər görülməsini tələb edənləri isə qızışdırıcılıqda və populizmdə ittiham etməməliyik. Gürcüstana sonuncu xəbərdarlıq edilməlidir. Düzgün nəticə çıxarılmasa, birtərəfli qaydada sərhəd mühafizə istehkamlarının tikintisinə başlanılmalıdır”.

Gununsesi.org

COMMENTS