Ermənistandan sonra Azərbaycan İsraildə səfirlik açacaqmı?- SƏMƏD SEYİDOV DEYİR Kİ...

Ermənistandan sonra Azərbaycan İsraildə səfirlik açacaqmı?

 

“Azərbaycanın İsraildə səfirliyinin olmaması o demək deyil ki, bizim münasibətlər aşağı səviyyədədir. Bu gün iki ölkə arasında çox sıx əməkdaşlıq münasibətləri mövcuddur. Biz İsraillə münasibətlərimizi yüksək səviyyədə qurmuşuk. Buna əyani sübut isə iki ölkə arasında indiyədək hər hansı problemin ortaya çıxmamasıdır”.

Bu sözləri Gununsesi.org-a açıqlamasında Azərbaycan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Səməd Seyidov Ermənistandan sonra Azərbaycanın da İsraldə səfirlik açmasının mümkünlüyü barədə suala cavabında səsləndirib.

Qeyd edək ki, Ermənistan bu günlərdə İsraildə öz səfirliyini açıb.

İsrail tərəfi illərdir ki, Azərbycandan bu qərarı gözləsə də nədənsə bu baş tutmur.

Səməd Seyidov isə bildirir ki, Azərbaycanın İsraildə səfirliyi formal olaraq yoxdur: “Bu gün əlaqələr ən yüksək səviyyədədir. Azərbaycandan İsrailə köçən yəhudilər ölkəmizin maraqlarını yaxşı ifadə edir. Orada fəaliyyət göstərən qurumlar da bu əməkdaşlıqda öz sözünü deyir. Bu yaxınlarda Azərbaycandan bir qrup deputatın səfəri zamanı da əlaqələrimizin hansı səviyyədə olması bir daha nümayiş olundu. Təbii ki, nə zamansa bu məsələ də həllini tapacaq”.

Pərviz Həşimli

Gununsesi.org

COMMENTS