Erməni deputatdan ağır ittiham:”Rusiya Ermənistana keyfiyyətsiz silah satır”

  • By admin
  • 26 May 2016 18:02

 

silahlar

Ermənistanın Rusiyadan silah almaq problemi olduğu halda, Azərbaycan belə problemlə qarşılaşmır. Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, bu fikri deputat Nikol Paşayan Ermənistan parlamentində mayın 26-da 20015-ci il ölkə büdcəsinin müzakirəsi zamanı deyib. Hansı ki, bu gün Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyan parlamentdə çıxış edib. N. Paşayanın sözlərinə görə, baxmayaraq ki, Ermənistanla Rusiya arasında iki yüz milyon dollar həcmində kreditlə silah alışı barədə müqavilə imzalansa da, bu günədək həmin silahların heç də hamısı ölkəyə gətirilməyib. “Bununla belə onu da əlavə etmək lazımdır ki, görək Rusiya Ermənistana hansı keyfiyyətdə silah təklif edir. Bu silahların keyfiyyət problemi var. Amma baxın görün Azərbaycan tərəfi son illərdə Rusiyadan silah alan zaman nə hansısa keyfiyyət məsələsində, nə də digər problemlə üzləşdiyini eşitməmişik. Baxmayaraq, Azərbaycan Rusiyadan böyük həcmdə silah alır”,- deyə deputat N. Paşayan qeyd edib.