Erməni KİV-ləri: Rusiyanın yeni baş naziri ana tərəfdən ermənidir

  • By admin
  • 17 Yanvar 2020 18:57
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Federal Vergi Xidmətinin rəhbəri vəzifəsini tutan Mixail Mişustinin yeni baş nazir vəzifəsinə namizədliyini irəli sürdükdən sonra Mişustinin rəsmən bu vəzifəyə təyinatı təsdiqlənib.

Gununsesi.org  Moderator.az-a istinadla xəbər verir ki, Rusiya və  Ermənistan saytlarının verdiyi məlumata görə, Mixail Mişustinin işğalçı ölkə ilə yaxın əlaqələri var və bəlkə də bu heç də təsadüf deyil. Bəzi erməni ekspertlərin fikrincə, Rusiyanın mümkün yeni baş naziri ana tərəfindən  ermənidir.

“Mişustin ötən yay İrəvanda keçirilən “WSIT-2019” Ümumdünya İnformasiya Texnologiyaları Konqresində iştirak edib. Səfəri çərçivəsində o, məşhur “Ayb” məktəbində də olub.
Rusiyanın yeni hökumət başçısının yaxın dostlarından biri Mişustinin məzun olduqdan sonra işlədiyi Beynəlxalq Kompüter Klubunun yaradıcısı Levon Amdilyandır.
M.Mişustin peşəcə sistem mühəndisidir. Və ola bilsin ki, bu yüksək vəzifəli məmurun peşəkar bilikləri və onun Ermənistanla əlaqəsi iki ölkə arasında informasiya texnologiyaları sahəsindəki əməkdaşlığın inkişafına öz töhfəsini verəcək”- erməni nəşrləri belə yazır.