Ermənilər: “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi doğru deyil”

  • By admin
  • 06 İyun 2016 10:41

 Alman Parlamenti

 

Türkiyənin Kastamonu şəhərində yaşayan erməni vətəndaşlar Almaniyanın sözdə erməni “soyqırımı”na etiraz edirlər. Gununsesi.info xəbər verir ki, onlar Berlinin bu qərara təpki ilə yanaşaraq soyqırım kəliməsi ilə razılaşmadıqlarını dilə gətiribllər. Erməni vətəndaşlar “soyqırım uydurma bir şey, dünya dövlətləri o zaman bir-birlərini qırıblar, onlar ört-basdır olub. Soyqırımın haradan çıxdığı bəlli deyil” kimi fikirlər səsləndiriblər.

Ermənilər bildiriblər ki, bunları əsla qəbul etmirlər.

 

Almaniyanın qərarını “ədəbsizlik” kimi dəyərləndirən Sərkiz Duraq adlı erməni əsilli Türkiyə vətəndaşı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini də doğru hesab etmədiyini söyləyib.  O bildirir ki, “soyqırım” kimi anlayışları böyük dövlətlər özlərindən çıxarırlar.

 

Digər bir erməni vətəndaş Mustafa Çelik isə Türkiyədə türklərdən daha yaxşı yaşadıqlarını söyləyib.

 

Ermeniler

Gununsesi.info