Ermənilərin arzusu yenə ürəklərində qaldı: Senatdan daha bir veto

  • By admin
  • 06 Dekabr 2019 10:22
ABŞ Senatında 1915-ci il hadisələrini formal olaraq “Erməni soyqırımı” kimi tanıyan 150 nömrəli qətnamənin səsverməyə çıxarılmasının qarşısı üçüncü dəfə alınıb.
Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə senator Kevin Kreymer buna mane olub. Onun Ağ Evin istəyi ilə bu addımı atdığı bildirilir. Kreymer özü isə məsələni bu cür şərh edib:
“ABŞ prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən yenicə qayıdıb. Hesab edirəm ki, layihənin səsverməyə çıxarılması üçün doğru zaman deyil. Bu layihə Tramp administrasiyasının səylərini baltalayır”.
Xatırladaq ki, daha əvvəl respublikaçı senator Lindsi Qrem, onun ardınca isə həmkarı Devid Perdyu layihənin səsverməyə çıxarılmasının qarşısını almışdı.
Qeyd edək ki, sözügedən layihəni demokrat senator Bob Menendez və respublikaçı senator Ted Kruz hazırlayıb.