Ermənistan Konstitusiya Məhkəməsi hakiminin oğlu oğurlanıb

  • By admin
  • 28 Yanvar 2020 14:14

Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrant Nazaryanın oğlu oğurlanıb.

Gununsesi.org-un “Shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, Q. Nazaryan yanvarın 27-də polis bölməsinə müraciət edərək, 8 yaşlı oğlunu keçmiş həyat yoldaşı, 41 yaşlı Annaya verdiyini bildirilib.

Qadın isə uşağı naməlum istiqamətə aparıb. Q. Nazaryan hesab edir ki, keçmiş arvadı uşağı oğurlayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Gununsesi.org