Ermənistan parlamentinin binasında yanğın olub

  • By admin
  • 09 Noyabr 2019 19:33

Ermənistan parlamentinin binalar kompleksinin ərazisində yanğın baş verib.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanğın baş verən əraziyə çox sayda yanğınsöndürən briqadası cəlb edilib.

Yerli vaxtla saat 17:18-də başlayan yanğın saat 18:20-də söndürülüb.

Bildirilir ki, hadisə yerinə həmçinin ölkənin fövqəladə hallar naziri Feliks Tsolakyan da gəlib.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

 

Gununsesi.org