Ermənistanda məhbusa “Azərçay” paketlərində narkotik ötürmək istədi

  • By admin
  • 27 Oktyabr 2019 11:56

Ermənistanın “Sevan” həbsxanasının məhkumlarından birinin həyat yoldaşı ona “Azərçay” paketlərində narkotik ötürməyə cəhd edib. 

Gununsesi.org  “Sputnik Ermənistan”a istinadən bildirir ki, bu barədə Ermənistan Cinayət İcra Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, oktyabrın 26-da səhər saat 04:40 radələrində “Sevan” cəzaçəkmə müəssisəsinin işçiləri gözətçi qüllələri arasında işıq şüaları görüblər. Növbətçi qrup dərhal ərazini yoxlayıb. Onlar qadağan olunmuş zonadan 3 metr aralıqda üzərinə 3 alışqan və fənərlər bağlanmış paket aşkarlayıb. Paketdə müxtəlif adda və növdə narkotik maddələr olub.

Həmin hadisədən bir gün əvvəl – oktyabrın 25-də isə həyat yoldaşı tərəfindən ömürlük məhkum edilmiş şəxslərdən birinə gətirilən bağlamada “Azərçay” paketləri aşkarlanıb. Onların içərisində 746 qram marixuana olub.

Elə həmin gün kameraların birində aparılan axtarış zamanı müəssisə əməkdaşları orada psixotrop preparatlar tapıb.

Tapılanların hamısı ekspertizaya göndərilib. Araşdırma aparılır.