Ermənistanda təhsil və elm nazirinin istefası tələb olunur

  • By admin
  • 03 Dekabr 2019 20:43

Ermənistanda təhsil və elm naziri Araik Arutyunyanın istefası tələb ilə aksiya keçirilir. 

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, nümayişçilər silahdaşlarının aparıldığı polis idarəsinin binasına doğru hərəkət edirlər.

“Biz həbs olunanların taleyini aydınlaşdırmaq üçün mərkəzi polis bölməsinə doğru hərəkət edirik. Onlar sərbəst buraxıldıqdan sonra növbəti addımlarımız barədə bildirəcəyik”, – aksiya təşkilatçılarından biri Kristina Vardanyan deyib.

Onun sözlərinə görə, polis bölməsinə, təxminən, 10 etirazçı gətirilib, lakin bu rəqəm son rəqəm deyil.

“Etirazçıların tələbi dəyişməz olaraq qalır – Arutyunyanın istefası”, – deyə K.Vardanyan əlavə edib.

 

Gununsesi.org