Etibar Əliyevdən Firudun Cəlilov haqqında sərt ifadələr - REGONÇU, DƏYİŞMƏDİYİ PARTİYA QALMAYAN, XƏSTƏLİYİNİ GƏLİR MƏNBƏYİNƏ ÇEVİRƏN...

  • By admin
  • 09 Dekabr 2018 22:14

Tanınmış təhsil eksperti Etibar Əliyev sabiq təhsil naziri Firudun Cəlilov haqqında sərt ifadələr işlədib.

Gununsesi.org-un xəbərinə görə, buna səbəb isə sabiq nazirin onun barəsində dediyi bəzi sözlər olub.

Ekspertin sosial şəbəkədəki hesabında Firudin Cəlilova olan cavabını təqdim edirik: 

İpləmə, regionçu, alimi-biəməl… 
Azərbaycanda ipləmə, regionçu, dəyişmədiyi partiya qalmayan, xəstəliyini gəlir mənbəyinə çevirən, “ljenauka” ilə məşğul olan bir nəfər var. Bu, Firudin Cəlilovdur.
Bu adam oturub-durduğu məclislərdə Azərbaycanın görkəmli alimi, akademik Azad Mirzəcanzadəyə “mavi” deyir. Bunun şahidi olan onlarla adam var. Azad müəllim onun yalançı elmlə məşğul olduğunu bilib, “professor “ elmi adını vermirdi.

Картинки по запросу etibar əliyev
Adam onu Təhsil naziri təyin edən Əbülfəz Elçibəyə “Əfəz” deyir. Onu hər yerdə aşağılayır. Gəncləri başına yığıb, onları regionçuluqla zəhərləyir. Əli İnsanov nazir olanda, ona ağsaqqalımız deyirdi.
Adam dünyasını dəyişmiş, ondan yüz dəfə ləyaqətli Lidiya Rəsulovanı şərləyir ki, FETO məktəblərini guya Rəsulova açıb. Özünün açdığı məktəbləri onun adına yazır.
Mən onun dünyasını dəyişmiş şəxsiyyətlərin haqqında söylədiyi yalan və təhqirlərə qarşı çıxmış və münasibətimi mətbuatda da bildirmişəm.
Sonra mən bu alimi-biəməlin “Türkiyə və Azərbaycan konfederativ dövlət kimi bir araya gəlməsinin tərəfdarıyam” başlıqlı müsahibəsinə başqa bir şəxsin statusunda heç bir kobud ifadə işlətmədən şərh yazmışam. Bu alimi – biəməl və ipləmə səhifəsində belə bir müraciət yayıb: “bu gədəni çoxdan silib-atmışam, ancaq 500-ə qədər dostum onunla dostluq edir. Onların vasitəsilə səhifəmə girib, üfunət verir. Ona görə də, ortaq dostlara 3 gün vaxt verirəm, sonra siləcəm. Seçim sizdədir…” Ay ipləmə, mənim səninlə dostluğum olub ki, silib atasan? Heç olmasa yaşından utan, yalan danışma.
Bu ipləmənin əxlaqına fikir verdinizmi? Səhifəsində işlətdiyi küçə gədələrinə xas olan söyüşlərin bir hissəsini səhifəmə buraxmaq istəmirəm. Onun səhifəsində işlətdiyi əxlaqsız söyüşlərin cavabını vermişəm. Belə bir ağzının danışığını bilməyən gəvəzə ünsür hələ (tədqiqat üçün heç bir ölü və diri dili bilməyən birisi) mənim millətim üçün tarix yazır.

Gununsesi.org