Etibar Əliyevdən Vaqif Mustafayevə Açıq məktub

  • By admin
  • 19 May 2019 23:56

Azərbaycanın tanınmış təhsil eksperti Etibar Əliyev Space TV-nin rəhbəri Vaqif Mustafayevə Açıq məktub yazıb.

Gununsesi.org həmin məktubu olduğu kimi təqdim edir:

Hörmətli Vaqif müəllim! Siz rəhbərlik etdiyiniz telekanalda mütəmadi olaraq hind filmləri verməklə cəmiyyətimizin üzvlərinin nostalji hisslərini yeniləyirsiniz. Bu fədakarlıqlara və şücatə görə sizə Fb səhifəmdə təşəkkürümü bildirmişdim və xahiş etmişdim ki, “Bobbi” filmini yaxın günlərdə verəsiniz. Əslində mənim statusum şok effekti yaratdı və mən qıraqda qaldım. Xeyli insanlar sevdikləri filmin verilməsini sizin diqqətinizə çatdırmağı məndən xahiş etdilər. Həmin filmlər bunlardır: Fillər mənim dostumdur, Zita və Gita Əlibaba və qırx quldur, Sanqam Poy Cimi Tamahkarlığa qarşı hiyləgərlik Andlar və vədlər Qisas və qanun və s. Nəzərə almağınızı xahiş edirəm.

Dərin hörmətlə; Etibar Əliyev