“Etimadı tam doğrultmadığımı bilirəm” - ELDƏNİZ ƏZİZLİ

  • By admin
  • 15 Sentyabr 2019 21:40

“Zirvəyə qalxmaq çətin, orada qalmaq ondan da çətindir”.

Gununsesi.org-un məlumatına görə, bunu Azərbaycan güləşçisi Eldəniz Əzizli deyib.

55 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 3-cü yeri tutub. Bir gün əvvəl yarımfinalda məğlub olmaqla, dünya çempionu titulunu təhvil verən pəhləvan bürünc medal uğrunda amerikalı Maks Emilyano Nouri ilə üz-üzə gəlib. Görüş E. Əzizlinin təmiz qələbəsi ilə yekunlaşıb. O, rəqibinə cəmi 39 saniyəyə qalib gəlib (8:0).

E. Əzizli Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib ki, mükafat qazansa da, ümidləri doğrultmayıb: “Bu gün yenə fəxri kürsüdə yer alacağam, Azərbaycan bayrağı dalğalanacaq. Buna görə sevinirəm.

 

Gununsesi.org