Etirazçılar azadlığa buraxıldı

  • By admin
  • 26 İyun 2019 15:48

Tbilisi şəhər məhkəməsi 20-21 iyun tarixlərində paytaxtda etirazlar zamanı saxlanılan 51 nəfərin azadlığa buraxılması barədə qərar qəbul edib.

Gununsesi.orgSputnik Gürcüstan”-a  istinadən xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat yayılıb.

Məhkəmə həmin şəxsləri xırda xuliqanlıqda və polisin qanuni tələbinə riayət etməməkdə ittiham edib.

Qeyd edək ki, etirazlar zamanı ümumilikdə 305 nəfər saxlanılmışdı. Onlardan 121-i İnzibati Xətalar Məcəlləsini pozduğuna görə həbs edilmişdi. Digərləri isə cərimə, yaxud şifahi xəbərdarlıqla azadlığa buraxılmışdı.

Gununsesi.org