“ “Eurovision”da qalib siz olmalıydınız” - LAVROV / VİDEO

  • By admin
  • 31 Oktyabr 2019 22:50

Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Buranovskiye babuşki” folklor kollektivi ilə görüşüb.

Gununsesi.org  Rusiya KİV-nə istinadən xəbər verir ki, Udmurtiya Respublikasının investisiya və iqtisadi potensialının təqdimatı çərçivəsində keçirilən görüşdə nazir kollektiv üzvləri ilə söhbətləşib. Milli incəsənəti qoruyaraq onu müasir ənənələrlə zənginləşdirdiyi üçün solistlərə təşəkkür edən Lavrov 2010-cu ildə “Eurovision” yarışmasında əslində onların qələbəyə layiq olduqlarını bildirib.

Tədbirin sonunda “Buranovskiye babuşki”nin hər bir üzvü Lavrovla qucaqlaşaraq ona təşəkkür ediblər.

Xatırladaq ki, “Buranovskiye babuşki” 2012-ci ildə “Eurovision” yarışmasında ikinci yerə çıxıb.

 

 

Gununsesi.org