“Eurovision”un 10 finalçısı bəlli oldu- VIDEO

“Eurovision”un 10 finalçısı bəlli oldu

64-cü “Eurovision” mahnı müsabiqəsi start götürüb.

Gununsesi.org xəbər verir ki, bu axşam layihənin birinci yarımfinalında 17 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.

Onlar Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Marionodur.

**

Müsabiqənin açılışını ötən il qalib olan Netta Barzilai etdi.

Şounun aparıcılığı Bar Rafaeli, Erez Tal, Assi Azar və Lusi Ayoubaya həvalə olunub.

**

Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San Marino təmsilçiləri səhnə performanslarını nümayiş etdirdi.

**

Səsvermə başladı.

Qeyd edək ki, Azərbaycan bugünkü yarımfinalda səsvermə hüququna malik deyil.

**

Səsvermə bitdi.

**

Finala vəsiqə qazanan 10 ölkə: Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San Marino və Sloveniya.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər.

COMMENTS