Evdar qadınların əməyi qiymətləndirilməlidir – TƏKLİF

  • By admin
  • 22 Noyabr 2019 12:47

“Biz çalışırıq ki, işləməyib evdə uşağa baxan qadınların əziyyəti qiymətləndirilsin”.

Gununsesi.org xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Hicran Hüseynova bildirib ki, son dövrdə ölkə başçısı tərəfindən sosial məsələlərə büdcədən xeyli vəsait ayrılıb: “Bir çox qadınlarımız var ki, işləmir, evdə uşağa baxırlar. Bir sıra ölkələr evdar qadınların əməyini qiymətləndirmək üçün vəsait ayırır. Biz də məsələ qaldırırıq ki, uşağa baxan qadınların əməyi qiymətləndirilsin”.

Gununsesi.org