Evinin qarşısında tanımadığı şəxslər tərəfindən bıçaqlandı

Evinin qarşısında tanımadığı şəxslər tərəfindən bıçaqlandı

Abşeron rayonunda evinin qarşısında dayanan şəxs bıçaqlanıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, hadisə Xırdalan şəhəri, Rəsulzadə küçəsində baş verib. 1982-ci il təvəllüdlü Ərşad Mehrəliyev evinin qarşısında dayandığı zaman tanımadığı 3 nəfər ona yaxınlaşıb.

 Söhbət əsnasında onlar mübahisə ediblər, həmin şəxslərdən biri bıçaqla Ə.Mehrəliyevin döş qəfəsindən zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Həmin şəxslər isə hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

COMMENTS