Evlənmək istədilər, QİÇS-ə yoluxduqları məlum oldu

  • By admin
  • 03 Sentyabr 2019 13:39

Avqust ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 53 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkar edilib.

Bunu Oxu.Az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 9 687 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“286 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan üç cütlük müəyyənləşdirilib”.

Z.Əlimirzəyeva bildirib ki, bu ilin səkkiz ayı ərzində nikaha daxil olmaq üçün 92340 nəfər müayinədən keçib:

“Onlardan 2313 nəfərdə talassemiya daşıyıcılığı, 142 nəfərdə sifilis, 94 şəxsdə isə QİÇS aşkarlanıb.

Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 30 olub. 2015-ci ildən indiyədək 592153 nəfərdə qan müayinəsi aparılıb. 20548 cütlükdən birində talassemiya daşıyıcılığı, 219 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1870 nəfərdə sifilis, 549 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.

Gununsesi.org