Evsizlərə dəstək aksiyası - Minlərlə insan küçələrdə gecələyib

  • By admin
  • 08 Dekabr 2019 21:25

Dünyada minlərlə insan küçələrdə gecələyib.

Gununsesi.org-un BBC-yə istinadən məlumatına görə, iki minə yaxın britaniyalı gecəni London küçələrində yatıb.

“The World’s Big Sleep Out” aksiyası çərçivəsində baş tutan bu tədbirdə iştirakçılar evsizlərə kömək üçün vəsait toplamağa çalışıb.

Oxşar tədbirlər Nyu-York, Manila, Dublin, Honq Konqda da keçirilib. Təşkilatçıların bildirdiyinə görə, ümumilikdə eyni həmrəylik aksiyası dünyanın 50-yə yaxın şəhərini əhatə edib.

Aksiyada məşhurlar da iştirak ediblər. Məsələn, Nyu-Yorkda tamaşaçılara aktyor Vill Smit müraciət edib.

“The World’s Big Sleep Out”-un yaradıcısı Şotlandiya xeyriyyəçisi və iş adamı Coş Littlejohndur. Təşkilatın saytında göstərilir ki, bu kampaniyanın məqsədi təkcə vəsait toplamaq deyil, həm də siyasi liderlərin diqqətini evsiz insanlar və qaçqınlar probleminə cəlb etməkdir.

 

Gununsesi.org