“Eyyub Yaqubovun səhhətində heç bir problem yoxdur” – AÇIQLAMA

  • By admin
  • 27 May 2016 16:44

 

Eyyub Yaqubov

 

Müğənni tezliklə fanatlarını sevindirəcək. Gununsesi.info-ya açıqlama verən ifaçının prodüseri Həsən Məmmədyarov bildirib ki, müğənni yeni mahnılar üzərində çalışır.

“Səhhətində heç bir problem yoxdur. Elçin İmanovla gərgin məşqlər gedir. Musiqilərdən biri isə vətənpərvər ruhdadır amma bu mahnının bəstəkarının kim olduğunu  hələ ki,  açıqlamırıq,  qoy, sirr olaraq qalsın. Hətta bu mahnıya  klipin çəkilməsi də nəzərdə tutulub. Bir ay müddətində yeni bəstələrlə qarşınızda olacaq”.

Sevinc Xeyrulla