Fəaliyyəti dayandırılan bankdan 41 minlik oğurluq

Fəaliyyəti dayandırılan bankdan 41 minlik oğurluq

Şəmkirdə oğurluq faktının üstü açılıb. 

Gununsesi.org-un verdiyi məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəmkir sakini Samir Mustafayev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, Səməd Vurğun küçəsində yerləşən fəaliyyəti dayandırılmış banklardan birinin ofisinə daxil olaraq, oradan ardıcıl olaraq üç dəfə dəyəri təxminən 41 min manat olan avadanlıq oğurlayıb.

Faktla bağlı araşdırmalar davam edir.

 

 

 

Gununsesi.org

COMMENTS